Trainer Details

Qərib Əliyev

Haqqında

Qərib Əliyev 1957-ci il 22 yanvar tarixində Sumqayıt şəhərində anadan olub. 1978-ci ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. 1980-ci ildən SSRİ idman ustası və Sumqayıt şəhəri üzrə baş məşqçidır. 1983-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1994-cü ildən beynəlxalq dərəcəli hakimdir. 1996-cı ildə Əməkdar məşqçi, 2012-ci ildə Fəxri Bədən tərbiyəsi və idman işçisi fəxri adlarına layiq görülüb. 2011-2013-cü illərdə Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri olub. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Tərəqqi medalı ilə, 2017-ci ildə isə Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adı ilə təltif edilib. Müxtəlif yaş qruplarında Dünya və Avropa çempionatlarında qalib və mükafatçılar sırasında yer almış Ruslan Eminov, Nurəddin Rəcəbov, Vüsal Qurbanov, Hüsaməddin Rəcəbov, Emil Bəşirov, İslam Abbasov, Əli Sucayev və Elnur Hüseynov təcrübəli mütəxəssisin yetirmələridir. 2018-ci ildən yenidən Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri vəzifəsinə təyin edilib və hal-hazırda da bu vəzifəni icra edir.

//