Üç güləşçimiz Avropa çempionatının finalında

İtaliyanın Kaorle şəhərində U15 Avropa çempionatı davam edir.
Qitə birinciliyinin üçüncü günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
38 kq
Hüseyn Əmrahlı italiyalı Nikola Sedikinaya (9:0), belaruslu Qleb Semianenkaya (3:1) və ermənistanlı Vardan Melkonyana (4:2) qalib gələrək finala yüksəlib. Bu çəkidəki digər təmsilçimiz Xudayar Kərimov polşalı Kasper Bieleviçə (11:0) və bolqarıstanlı İvan Aleksandrova (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Arsan Aliyevə (0:9) məğlub oldu. Xudayar təsəlliverici görüşə çıxacaq.
41 kq
Rahib Əhmədov slovakiyalı Andrey Posvanka (10:0), rumıniyalı Ayan İstfana (11:0) və polşalı Matvey Bezrukyiyə (9:0) qalib gələrək yarımfinala yüksəldi. O, yarımfinalda rusiyalı Soltan Yusupova (2:11) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək.
44 kq
Ömər Salmanov türkiyəli Mustafa Güvənə (8:0), litvalı Orestas Stakenasa (8:0) və rusiyalı Denis Sisikinə (10:1) qalib gələrək finala yüksəldi.
48 kq
Vəkil Bəşirov təsnifat mərhələsində yunanıstanlı Nikolaos Zinisaya “tuş”la məğlub oldu. Rəqib finala yüksəldiyi üçün Vəkil təsəlliverici görüşə çıxacaq.
52 kq
Hüseyn Mustafazadə polşalı Stanislav Zoltovskiyə (7:1), türkiyəli Mehmet Kayana (13:4) və polşalı Yakub Skiuolkerə (5:3) qalib gələrək yarımfinala yüksəldi. O, yarımfinalda gürcüstanlı Qabriel Tavberidzeyə (4:13) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək. Onun çəki yoldaşı Qurban Məcnunov 1/8 finalda rumıniyalı Andrey Peleana 3:4 hesabıyla məğlub oldu.
57 kq
İbrahim Məmmədzadə moldovalı Artyom Popeskuya (9:0) qalib gəlsə də, 1/8 finalda ukraynalı Oleksandr Venetsə (3:13) məğlub oldu.
62 kq
Nadir Həsənov rusiyalı Adam Yaşurkayevə (4:3), moldovalı Maksim Deliuya (9:1) və türkiyəli Süleyman Şahinola (7:1) qalib gələrək yarımfinala yüksəldi. O, yarımfinalda ermənistanlı Pavel Nazaryana (1:10) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək.
68 kq
Əli Məmmədov fransalı Nika Namoyevə (8:0) və gürcüstanlı Daviti Mxeidzeyə (9:1) qalib gəlsə də, 1/4 finalda rusiyalı Yuriy Ronjinə (0:7) məğlub oldu.
75 kq
Ruslan Nuriyev gürcüstanlı Mixeil Beridzeyə (3:1), türkiyəli Mehmet Yıldıza (2:0) və rusiyalı Aşot Qaloyana (3:2) qalib gələrək finala yüksəldi.
85 kq
Zöhrab Səfərov macarıstanlı Zombor Simona (9:0) və rusiyalı Aleksandr Karpekinə (10:8) qalib gəlsə də, 1/4 finalda belaruslu Dmitri Kiselə (UWW) “tuş”la məğlub oldu. Zöhrab təsəlliverici görüşə çıxacaq. Onunla eyni çəkidə yer alan Məhəmməd Orucov ilk mərhələdə polşalı Lusyan Popeçkiyə “tuş”la məğlub oldu.
Təsəlliverici və medallar uğrunda görüşlər sabah keçiriləcək.