Qızlar AÇ-də 1 gümüş, 2 bürünc medal qazandı

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.
İlk dəfə bu yaş qrupunda qitə birinciliyinə tam heyətlə qatılan millimiz 3 medal qazanıb. Simurə Abdullayeva (66 kq) gümüş, Leyla Əsgərova (39 kq) və Məryəm Əmrəli (54 kq) isə bürünc medalı boynundan asıb. Yığmamız 82 xalla komanda hesabında 5-ci yeri tutub.
Millimiz bu nəticələrlə 4 rekorda imza atıb. Belə ki, medalların sayına, əyarına, toplanan xallara və komandanın yekun sıralamadaki mövqeyinə görə yığmamız U15 Avropa çempionatları tarixində özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.