Günay Qurbanova Avropa çempionatının finalında

Günay Qurbanova Avropa çempionatının finalında

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Bu gün 1 təmsilçimiz xalçaya çıxıb. Günay Qurbanova (59 kq) çətinlik çəkmədən finala yüksəlib. Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçimiz almaniyalı Fransiska Blaumeyserə (10:0), ukraynalı Mariya Miziurkoya (tuş) və belaruslu Marta Hetmanavaya (11:0) vaxtından əvvəl qalib gəlib. Günay sabah həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşacaq.