Fidan Babayeva təsəlliverici görüşə çıxacaq

Fidan Babayeva təsəlliverici görüşə çıxacaq

Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir.

Üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Xədicə Qurbanzadə (49 kq) debütdə kosovolu Elza Nikoçini sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. Ancaq 1/8 finalda italiyalı Mariya Kaldiero keçilməz olub – 1:5.

Ülviyyə Musayeva (57 kq) ilk mərhələdə bolqarıstanlı Olqa Popovayla bacarmayıb – 0:10.

Fidan Babayeva (65 kq) təsnifat mərhələsində rusiyalı Liliya Yermoxinaya “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Babayeva sabah təsəlliverici görüşə çıxacaq. Fidanın rəqibi italiyalı Culiya Karri olacaq.