Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

13.12.2010 10:33

Nadir Ağayevin xatirə turnirində ən güclülər müəyyənləşib

Materialı qiymətləndirin
(0 səs)

Masallı Olimpiya İdman Kompleksində əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Respublika turniri başa çatıb. Hər il keçirilən turnir əməkdar məşqçi Nadir Ağayevin xatirəsini yad etmək və yeni idmançıları üzə çıxarmaq məqsədi daşıyır.

Turnirin ikinci günündə 46, 54, 63, 76 və 100 kq-da 65 yeniyetmə güləşçi mübarizə aparıb. Fəxri  kürsünün ən yüksək pilləsində Xəyyam Abdullayev (46 kq, Bakı, Neftçi), İbrahim Nurullayev (54 kq, Cəlilabad), Elsevər Əzimov (63 kq, Cəlilabad), Ayxan Əli (76 kq, Bakı, Cəngi), Məhərrəm Əliquliyev (100 kq, Bakı, Cəngi) qərarlaşıb.

Turnirin ilk günü isə, 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyələşdirib. Təbriz Yusifzadə (42 kq, Lənkəran), Elnur Həsənov (50 kq, Bakı, Neftçi), Emin Əhmədov (58 kq, Bakı, MOİK), Nəzirməmməd Mirzəyev (69 kq, Şirvan), Sərxan Cahangirli (85 kq, Bakı, Neftçi) bütün rəqiblərindən üstün olub və turnirin qalibi adını qazanıb.

Oxu 7010 dəfə

Add comment


Security code
Refresh