Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

23.09.2020 12:02

ADBTİA-nın güləş zalı yenidən istifadəyə verilib

Materialı qiymətləndirin
(0 səs)
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) əsaslı təmir olunan güləş zalı yenidən istifadəyə verilib. 

Bu gün keçirilən açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev iştirak edib. ADBTİA-nın rektoru Fuad Hacıyev qonaqları yenidənqurma işləri ilə yaxından tanış edib. 

Ümumi sahasi 402 kv m olan güləş zalı məşq zamanı tələbələrin fiziki dözümlülüyünün artırılması üçün xüsusi müasir avadanlıqlarla təchiz olunub. Güləş zalında həmçinin uzun illər akademiyada fəaliyyət göstərən "İdmanın təkmübarizlik növləri" kafedrasının müdiri professor Xanlar Qurbanovun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, xatirə lövhəsi asılıb.

Qeyd edək ki, zalda fiziki hazırlıqla məşğul olmaq üçün trenajor alətləri, kanatlar və nərdivanlar da mövcuddur. 


Oxu 688 dəfə

Add comment


Security code
Refresh