Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

24.10.2019 11:13

İki güləşçimiz Hərbçilərin Dünya Oyunlarında gümüş medal qazanıb

Materialı qiymətləndirin
(0 səs)
Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunları davam edir.

Bu gün iki yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Həsən Əliyev (77 kq)
1/8 finalda erməni Varujan Qriqoryana gücünü göstərib - 5:0. Həmyerlimiz 1/4 finalda ukraynalı Dmitri Pişkova aman verməyib - 7:1. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serb Viktor Nemeşə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. Həsən finalda iranlı Peyman Poştamla qarşılaşıb və 1:2 hesabıyla məğlub olaraq ikinci yeri tutub.

Rafiq Hüseynov (87 kq) isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1 hesabıyla məğlub edib. Pəhləvanımız 1/4 finalda koreyalı Sanqyeok Parkı üstələyib - 5:1. Rafiq yarımfinalda 4 il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevlə qarşılaşıb. Rusiyalı rəqibinə ilk hissədə “tuşe” ilə qalib gələn Hüseynov adını finala yazdırıb.
Güləşçimiz finalda son dünya çempionatının gümüş medalçısı macar Viktor Lorintslə qarşılaşıb və 1:4 hesabıyla uduzaraq gümüş medalı boynundan asıb.

Xatırladaq ki, oktyabrın 23-də Mikayıl Rəhmanov (67 kq) bürünc medala sahib olub. Bununla da Hərbçilərin Dünya Oyunlarında güləş yarışlarına yekun vurulub. 
 
Oxu 1934 dəfə

Comments   

 
0 #1 ahadozayo 2020-04-14 03:36
http://mewkid.net/when-is-xaxlop/ - Buy Amoxicillin Amoxicillin On Line bca.aphe.awf.az .zca.yf http://mewkid.net/when-is-xaxlop/
Quote