Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

13.12.2020 11:01

İslambek Dadov gümüş, Eldəniz Əzizli bürünc medal qazandı

Materialı qiymətləndirin
(0 səs)
Bu gün güləş üzrə Fərdi Dünya Kuboku başlayıb.

İlk yarış günündə 55, 67, 72, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub. Rusiyalı soydaşımız finala yüksəldiyi üçün Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxıb. Erməni güləşçini vaxtından əvvəl məğlubiyyətə uğradan Eldəniz bürünc medal uğrunda görüşdə iştirak hüququ əldə edib. Həlledici görüşdə qırğız həmkarından güclü olan güləşçimiz Fərdi Dünya Kubokunu 3-cü yerdə başa vurub.
İslambek Dadov təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı həmkarına da gücünü göstərən İslambek Fərdi Dünya Kubokunun finalına vəsiqə qazanıb. Son qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rusiyalı rəqibinə minimal fərqlə yenilən İslambek gümüş medal əldə edib.
Ülvü Qənizadə debütdə Fransa, Sənan Süleymanov Almaniya, İslam Abbasov isə Əlcəzair güləşçisinə məğlub olub. 


55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (SRB) 9:0
1/4 final: Eldəniz Əzizli - Emin Seferşayev (RUS) 1:9
Təsəlliverici görüş: Eldəniz Əzizli - Rudik Mkrtçyan (ARM) 9:0
Bürünc medal görüşü: Eldəniz Əzizli - Balbay Dordokov (KGZ) 3:0

67 kq
Təsnifat: İslambek Dadov – Ruben Marvike (İTA) 9:0
1/8 final: İslambek Dadov - Nilton Qarsiya (PER) 9:0
1/4 final: İslambek Dadov - Slavik Qalstyan (ARM) 7:4
1/2 final: İslambek Dadov - Artur Politayev (UKR) 8:2
FİNAL: İslambek Dadov - Nazir Abdullayev (RUS) 1:2

72 kq
1/8 final: Ülvü Qənizadə - İbrahim Qanem (FRA) 1:2

77 kq
Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (GER) 0:9

87 kq
1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (ALG) 1:2




Oxu 3115 dəfə

Add comment


Security code
Refresh