Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

07.09.2019 21:03

Oyan Nəzəriani Zaqrebdə çempion oldu

Materialı qiymətləndirin
(0 səs)
Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

İlk yarış günündə qrup mərhələsinin görüşləri keçirilib. Oyan Nəzəriani (+90 kq) Serbiya təmsilçilərinə - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. 
İkinci yarış günündə həlledici qarşılaşmalar keçirilib. Təmsilçimiz yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub.

Qeyd edək ki, bu nəticə ilə reytinq xalını 58000-ə çatdıran Oyan həm də dünya çempionluğu kubokuna sahib çıxıb.



 




Oxu 948 dəfə

Comments   

 
0 #1 shapur 2019-09-12 01:41
salam.niyə 97çəkidə nurməməd haciyev yoxdur?bidə sərbəst guləşdə murad suleymanovn olmamaqi bir az təcobludur.sond a genə deyimki nur məməd 97 də ya aşaqi çəkidə olmalidi. saqolun
Quote