Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

10.08.2019 19:27

Oyan Nəzəriani Ukraynada çempion oldu!

Materialı qiymətləndirin
(0 səs)
Bu gün Ukraynanın Odessa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi keçirilib.

Yarışdakı yeganə təmsilçimiz Oyan Nəzəriani (+90 kq) keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq çempion olub. Güləşçimiz əvvəlcə qrup mərhələsində ukraynalı rəqiblərinə - İvan Malin (3:0) və Roman Dovqalyuka (3:1) qalib gəlib. Yarımfinalda digər qrupun birincisi olmuş Məhəmməd Zəkəriyevi (Ukrayna) 3:0 hesabıyla məğlub edən Oyan finalda yenidən Dovqalyukla üz-üzə gəlib. Bu dəfə minimalhesablı qələbə Nəzərianinin çempion olması üçün kifayət edib.

Qeyd edək ki, bu uğur güləşçimizə 10000 reytinq xalı qazandırıb. Bununla da Oyanın xal ehtiyatı 28000-ə çatıb və öz çəkisində reytinqdə liderliyini bir qədər də möhkəmləndirib. Dünya Seriyasının sonuncu - final mərhələsi sentyabrın 7-8-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək və bu yarışda çempionlar 30000 reytinq xalı qazanacaq.

Oxu 1739 dəfə

Add comment


Security code
Refresh