Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

20.06.2019 14:17

Güləşçilərimiz II Avropa Oyunlarında iştirak edəcək / HEYƏT

Materialı qiymətləndirin
(1 Səs)
İyunun 25-dən 30-dək Belarusun paytaxtı Minskdə II Avropa Oyunları keçiriləcək.

Bu gün sərbəst və güləş yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutub. Olimpiya Güləş Mərkəzində gerçəkləşən hazırlıq prosesinin yekununda Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev yarışda iştirak edəcək güləşçilərə uğurlar arzuladıqdan sonra heyəti açıqlayıb.

Sərbəst güləş yarışında baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) çıxış edəcək.

Qadınların mübarizəsində ölkəmizi 5 güləşçi təmsil edəcək. Baş məşqçi Aslan Ağayev və böyük məşqçi Rövşən Umudovun tapşırıqlarını Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) icra edəcək.

Yunan-Roma güləşçilərimizin də sayı bu qədərdir. Baş məşqçi Şaban Donat və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) Minskdə uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, II Avropa Oyunlarında beynəlxalq dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.



Oxu 1616 dəfə

Add comment


Security code
Refresh