Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

05.02.2019 13:11

Sərbəst güləşçilərimiz "Təxti kuboku"nda yarışacaq

Materialı qiymətləndirin
(0 səs)
Fevralın 7-8-də İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə "Təxti kuboku" keçiriləcək.

Yığmamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 2019-cu ildə ilk sınağına çıxacaq. Qonşu ölkədə Pərviz İbrahimov (57 kq), Əhmədnəbi Qvarzatilov, Mircəlal Həsənzadə (hər ikisi 61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov, Məhəmmədhacı Xatiyev (hər ikisi 86 kq), Şərif Şərifov, Şamil Zubairov (hər ikisi 92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) mübarizə aparacaq.

Qeyd edək ki, ənənəvi yarışda III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev ədaləti qoruyacaq.




Oxu 1476 dəfə

Add comment


Security code
Refresh