Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

31.01.2019 17:28

Yunan-Roma güləşçilərimiz ənənəvi yarışda

Materialı qiymətləndirin
(1 Səs)
Fevralın 1-3-də Türkiyənin İstanbul şəhərində yunan-Roma güləşi üzrə Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri keçiriləcək.

Ənənəvi yarışda baş məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov, Elman Muxtarov (hər ikisi 67 kq), Rüstəm Əliyev (72 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Oyani Nəzəriani (130 kq) təmsil edəcək.

Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Vüqar Şükürov turnirdə ədaləti qoruyacaq.
Oxu 1849 dəfə

Add comment


Security code
Refresh