Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

05.03.2017 11:40

Vehbi Emre və Hamit Kaplanın xatirə turnirində ikinci gün 1 gümüş və 1 bürünc medal / FOTO-VİDEO

Materialı qiymətləndirin
(1 Səs)
İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir başa çatıb.

Azərbaycan güləşçilərinin də iştirak etdiyi turnirin ikinci günündə 66, 75, 85 və 130 kq çəkidə pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.

85 kq çəkidə mübarizə aparan İslam Abbasov finala qədər bütün rəqiblərindən üstün olub. Son görüşdə rəqibinə uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib. Bürünc medalı isə yığmamıza Həsən Əliyev (75 kq) qazandırıb.

Xatırladaq ki, ilk yarış günündə Murad Məmmədov (59 kq) bürünc medal qazanıb.

Komanda hesabında Türkiyə birinci, Gürcüstan ikinci, Azərbaycan yığması üçüncü pillədə qərarlaşıb.


   


Oxu 8330 dəfə

Add comment


Security code
Refresh