Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

20.12.2018 12:25

Azərbaycan çempionatında medal qazanan yunan-Roma güləşçiləriylə görüş keçirilib / FOTO

Materialı qiymətləndirin
(0 səs)
Dekabrın 18-19-da Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Yarış başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov və müvafiq yığmamızın məşqçilər korpusu çempionatın medalçılarıyla görüşüb. Elçin Cəfərov mükafatçıları təbrik etməklə yanaşı, əksər görüşlərdən razı qalmadığını və güləşçilərin beynəlxalq turnirlər üçün daha yüksək formada olmalarının vacibliyini qeyd edib. Baş məşqçi Şaban Donat isə gələn il yanvarın 5-dən Olimpiya Güləş Mərkəzində yığmanın təlim-məşq toplanışının start götürəcəyini pəhləvanların diqqətinə çatdırıb.

Qeyd edək ki, Azərbaycan çempionatında fəxri kürsüyə qalxan idmançılar millimizin hazırlıq prosesinə cəlb edilir.



Oxu 2752 dəfə

Add comment


Security code
Refresh