Azərbaycan Güləş Federasiyası

Switch to desktop Register Login

22.06.2014 22:03

GAÇ-2014 son gün: Murad və İslam Avropa çempionu oldu / VİDEO

Materialı qiymətləndirin
(21 səs)
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb.

Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz 2 qızıl medal qazanıb. 

55 kq-da mübarizə aparan Murad Məmmədov finala qədər uğurla irəliləyib. Ardıcıl olaraq Almaniya, Türkiyə və Rusiya güləşçiləri üzərində inamlı qələbə qazanan təmsilçimiz finala yüksəlib. Finalda Murad Litva güləşçisinə də heç bir şans verməyib və tam üstünlüklə qalib gəlib. Bununla da Avopa çempionu adını qazanıb.  

84 kq çəkidə İslam Abbasov da finala qədər maneəsiz irəliləyib. Ukrayna, Rusiya və Polşa güləşçilərini mübarizədən kənarlaşdıran İslam finala yüksəlib. Həlledici görüşdə güləşçimizin rəqibi Almaniya təmsilçisi olub. Gərgin keçən qarşılaşmada qalib gələn İslam Abbasov Avropa çempionu adına sahib olub.

55 kq
1/8 final - Denis Deker (GER) - Murad Məmmədov 0:9
1/4 final - Murad Məmmədov - Ferdi Yoruk (TUR) 9:0
1/2 final - Murad Məmmədov - Arif Mirzəyev (RUS) 12:2
FİNAL - Sleiva Kristupas (LTU) - Murad Məmmədov 0:11

66 kq
1/16 final - Elman Muxtarov - Stefan Klement (FRA) 5:0
1/8 final - Aleksey Tadikin (RUS) - Elman Muxtarov 2:0
Təsəlliverici görüş - Miklos Horti (SRB) - Elman Muxtarov 0:8
Təsəlliverici görüş - Elman Muxtarov - Şamaqi Bolkvadze (GEO) 2:3

84 kq
1/8 final - Anton Olinik (UKR) - İslam Abbasov  0:6
1/4 final - İslam Abbasov - Hacımurad Cəlalov (RUS) 5:2
1/2 final - Patrik Bonieçki (POL) - İslam Abbasov 0:8
FİNAL - İslam Abbasov - Denis Kudla (GER) 1*:1

120 kq
1/8 final - Boban Zivanoviç (SRB) - Hacımurad Çöpsiyev 0:6
1/4 final - Vladislav Voronyi (UKR) - Hacımurad Çöpsiyev 10:0



Oxu 10560 dəfə

Add comment


Security code
Refresh